Ayurvedada yağ vannasının əhəmiyyəti

Abhyanqa snana nədir?

Yağ vannasının bir hissəsi olan Abhyanqa müalicəvi yağın bədənə yayılması prosesidir. Bütün bədənə və ya yerli tətbiq edilə bilər. Ayurvedaya görə, bu, qədim alimlərin öyrətdiyi gündəlik rejim olan Dinaçaryanın bir hissəsidir. Ayurveda haqqında hər bir elmi işdə abhyanqanın bədən və zehnə təsiri tərənnüm edilir. Məsələn, alim Vaqbhata-nın Astanqahridaya adlı işində qeyd edilir ki, abhyanqa prosedurunun gündəlik icrası qocalma (jara), gərginlik/yorğunluq (srama), və vataja xəstəliklərini aradan qaldırır, görməni yaxşılaşdırır (Drişti prasadana), güc verir (puşti), uzunömürlülük bəxş edir (Ayu), yuxu rejimini yaxşılaşdırır (svapna), sağlam dəriyə sahib olmağınızı təmin edir (su tvak). Abhyanqa üçün istənilən yağ seçilə bilər. Balaşvaqandhadi, Eladi kera, Nalpamaradi kera, Mahanarayana taila tez-tez istifadə edilən yağlardır. 
 
Abhyanqa-nın üstünlükləri:
●     Dərini qidalandırır
●     Dərinin elastikliyini qoruyur
●     Diqqət və konsentrasiyanı artırır
●     Əsas toxumalarda və orqanlarda qan dövranını yaxşılaşdırır
●     Oynaqları yumşaldır
●     Limfa drenajının düzgün olmasını təmin edir
●     Əzələ spazmalarını və gərginliyini aradan qaldırır
●     Yorğunluğu azaldır
●     Dərin yuxuya qərq edir
●     Qırışlar kimi yaşlanma narahatlıqlarını azaldır
●     Görməni yaxşılaşdırır
●     Saçları uzadır 
●     Həyat keyfiyyətini artırır
 
 
Anhyanga nə zaman tətbiq edilə bilməz?
●     Hamiləlik dövründə
●     Menstrual sikldə
●     Ürək xəstəliyindən əziyyət çəkirsinizsə
●     Yorğun və ya xəstəsinizsə
●     Yeməkdən dərhal sonra
 
Tətbiq edilmiş yağın müalicəvi toz və su ilə bədəndən çıxarılması prosesindən ibarət olan snan və ya vanna qəbulu ikinci hissədir. Ayurveda mənbələrinə görə snana aşağıdakı xüsusiyyətlərə malikdir: deepana (həzmi yaxşılaşdırır), vrişya (afrodizyak), ayuşya (uzunömürlülüyə təkan verir), urjaprada və balaprada (qüvvət verir). O, bədəndən toksinlərin, çirkin, tərin, yorğunluğun, yanma hissinin və donuqluğun çıxarılmasına kömək edir. Abhyanqadan sonra sürüşmənin qarşısını almaq üçün yağı ilk öncə ayağınızdan silin. Duş qəbul edin və yağı bədəninizdən əlləriniz və ya lifli əlcəklər vasitəsilə kənarlaşdırın. Snana çurna sabun və ya duş geli ilə müqayisədə daha çox üstünlük verilən vasitədir, çünki onlar dəriyə skrab təsiri göstərə bilər. Duş qəbul etdikdən sonra bir müddət kondisionerlərdən, sərinkeşlərdən və gün işığından uzaq olmaq lazımdır.