"Shiras" və ya baş bədənin ən vacib hissəsi hesab edilir. O, bütün duyğu orqanlarının və ən vacibi — beynin yerləşdiyi nöqtədir. Ayurveda insan bədəninə kökləri yuxarıda, budaqları isə aşağıda olan — tərsinə çevrilmiş ağac kimi baxır. Ağacı necə böyüdürük? Sulamaqla və qidalandırmaqla. Hətta su köklərə verildikdə belə ağac bütünlükdə qidalanır. Shirodhara-nın mahiyyəti bədəni və zehnin Ayurveda üsulu ilə yenilənməsindən ibarətdir.
Faydaları:
● Yuxusuzluğu aradan qaldırır
● Yuxu siklini idarə edir
● Gərginlik və narahatlığı azaldır
● Saç və dəri sağlamlığını artırır
● Diqqət və konsentrasiyanı artırır
● Başağrını aradan qaldırır
● Depressiya, demensiya və s. kimi psixi problemlərə təsir edir.
● Görməni və göz sağlamlığını artırır
● Qan dövranını yaxşılaşdırır və hipertoniyaya müsbət təsir edir
● Həm bədəni, həm zehni rahatlandırır
Murdha taila (başın yağlanması metodu) Ayurvedada ən çox istifadə edilən prosedurlardan biridir. Shirodhara proseduru Murdha tailanın 4 növündən biridir, eyni zamanda duyğu orqanlarının və zehnin rifahı üçün ən faydalı olandır.
Shirodhara nədir?
Shirodhara ilıq müalicəvi mayelərin uzanan insanın alnından və alnı üzərindən süzülməsi prosesidir. Bu, xarici qidalandırma üsuludur və vata ilə əlaqəli pozuntular üçün çox faydalıdır. "Shiras" baş və "dhara" isə süzmək deməkdir. Buna həmçinin Shirah seka, parisheka və dhara adları da verilir.
Nə üçün Shirodhara?
Shiras və ya başın əhəmiyyəti qədim Ayurveda mətnlərində tez-tez vurğulanan mövzudur. Dərindən təhlil edildikdə ağaca bənzədilmə zamanı Shirasın vacibliyi ortaya çıxır. O, beyin və duyğu orqanlarının dayağıdır, eləcə də prananın (həyat enerjisinin) toplandığı yerdir. Bir çox mühüm Marma nöqtələri (canlı nöqtələr) başda yerləşir. Yoqaya görə, enerjinin 7 xəyali çarxlarından ikisi olan Sahasrara çakrası və Ajna çakrası kəllə sümüyünün mərkəzində yerləşir. Bütün bunlar Shirası Uttamanga və ya ali bədən üzvü edir. Həmçinin baş, xüsusilə də alın nahiyəsi sinir uclarının ən çox olduğu nahiyədir və müalicəvi mayenin süzülməsi onların fəaliyyətini stimullaşdıra bilər. Baş insanı bütünlükdə manipulyasiya etdiyi üçün başa tətbiq edilən müalicə metodları tamamilə bədənə və zehinə təsir edəcək. Məhz bu nöqtədə baş nahiyəsi üçün nəzərdə tutulmuş Shirodhara kimi müalicə metodları prosesə cəlb olunur.
Ümumi göstərişlər və əks-göstərişlər
Shirodhara ümumiyyətlə aşağıdakılar üçün təyin edilir:
● Baş dərisinin çibanları
● başağrıları və miqrenlər
● başda yanma hissi
● başda irin və xoralar
● baş zədələri
● üz iflicləri
● psixi xəstəliklər
● vatik mənşəli digər xəstəliklər
Shirodhara hər kəs üçün tövsiyə edilmir. Heç də bütün fiziki şərtlər və xəstəliklər bu müalicə metodu üçün uyğun deyil. Shirodhara aşağıdakı şəxslərə tətbiq edilə bilməz:
● Hamilə qadınlar, xüsusən, hamiləliyin irəliləyən mərhələlərində olanlar
● Yorğun insanlar
● Ürəkbulanma və qusmadan əziyyət çəkənlər
● Seçilmiş müalicəvi mayeyə allergiyası olanlar
● Beyin şişlərindən və son zamanlarda yaranan baş zədələrindən əziyyət çəkənlər
